Şirkət haqqında


"LB UNİVERSAL" MMC 04.12.2012-ci il tarixində Vergilər Nazirliyində qeydiyyatdan keçib yaranmış bir şirkətdir. Şirkət 5 il müddətində müxtəlif sahələrdə fəaliyyət göstərmişdir. Lakin 2017-ci ilin oktyabr ayında biz şirkət olaraq yanğından mühafizə sistemləri ilə məşğul olmaq qərarına gəldik. Bununla əlaqədar olaraq "LB UNİVERSAL" şirkəti 27.11.2017 ci il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən  İN/L-1054/2017 qeydiyyat nömrəli "Yanğından mühafizə sistemləri və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri"ni həyata keçirməyə icazə verən lisenziya əldə etdi. Bir müddət bu sahədə işləyib nailiyyət əldə etdikdən sonra ikinci lisenziyanın olmağının vacibliyi artıq özünü göstərirdi. Bu baxımdan biz 14.02.2018-ci il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən ikinci-yəni, İN/L-149/2018 qeydiyyat nömrəli "Yanğınsöndürmə ləvazımatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası"nı həyata keçirməyə icazə verən lisenziyanı da əldə etdik.

Ümumilikdə "LB UNİVERSAL" şirkəti Yanğın Siqnalizasiyası və Mühafizə Sistemləri, Yanğınsöndürmə Balonlarının Satışı, Servisi və Dolum Xidməti, Yanğın Şkafları və Yanğın Hidrantlarının Satışı və Quraşdırılması, Avtomatik Yanğınsöndürmə (sulu, qazlı və köpüklü) Sistemləri, Elektrik, İşıqlandırma, İnternet və TV Sistemləri, Kamera Nəzarəti Sistemləri, Girişə Nəzarət Kart-Keçid, Turniket və Şlaqbaum Sistemləri, Havalandırma və Tüstüsovurma Sistemləri, İşıqlı İstiqamət lövhələri, Layihələndirmə və Təxliyyə Planı xidmətlərini həyata keçirir.

"LB UNİVERSAL" MMC müştərilərinə son texnologiyalara əsaslanan və keyfiyyət standartlarına cavab verən Amerika, Avropa və Asiya ölkələri şirkətlərinin məhsullarını təqdim edir.

"LB UNİVERSAL" şirkəti olaraq biz bütün işlərimizin keyfiyyətinə tam zəmanət veririk və bizimlə bağlı olan bütün işlərinizi bizə həvalə etməyinizi məsləhət görürük.